Bank Of Baku

Dəməşqdə partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb - YENİLƏNİB-1

Dəməşqdə partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB-1
# 15 mart 2017 17:12 (UTC +04:00)

Dəməşqdə Ədliyyə Sarayında törədilən partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bun dan əvvəl 31 nəfərin öldüyü, 60 nəfərin yaralandığı bildirilirdi.

 

Məlumata görə, terrorçu-kamikadze binanın foyesində partlayıcı qurğunu işə salıb.

 

***

 

16:09

Dəməşqdə Ədliyyə Sarayında törədilən partlayışda ölənlərin ilkin sayı açıqlanıb.

 

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yerli SANA Agentliyi partlayış nəticəsində azı 25 nəfərin öldüyünü xəbər verib.

 

Çoxlu sayda yaralının olduğu bildirilir.  

 

 

***

 

saat 16.00

 

Suriyanın paytaxtı Dəməşqdə güclü partlayıb baş verib.

 

APA-nın RİA "Novosti”-yə istinadən verdiyi xəbərə görə, onlarla insanın öldüyü və yaralandığı bildirilir.

 

Partlayış Ədliyyə Sarayının binasında baş verib.

 

Partlayıcı qurğu binanın foyesində işə salınıb.

 

Ötən həftə Dəməşqdə ikiqat terror aktı nəticəsində 70-dən çox adam ölüb. O zaman terrorçular Bab-əs-Səgir şiə məzarlığı yaxınlığında toplaşan kütlə içində partlayıcı qurğuları işə salıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR