Bank Of Baku

Tailanda subasma nəticəsində 41 nəfər ölüb

Tailanda subasma nəticəsində 41 nəfər ölüb
# 15 yanvar 2017 08:25 (UTC +04:00)

Tailandın cənubunda musson yağışların yol açdığı təbii fəlakət nəticəsində 41 nəfər həyatını itirib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tailand Fövqəladə Halların Ləğvi üzrə Departament məlumat yayıb.

 

Xəsarət alan 9 nəfərdən 6 nəfərin durumu yaxşılaşır, su basan regionlarda su səviyyəsi aşağı düşür.  Son iki həftə ərzində uçuş-eniş xətlərini su basması nəticəsində fəaliyyətini dayandırmış Nakxonsitxammarat əyalətindəki aeroport də fəaliyyətini bərpa edib.  Bununla belə, sinoptiklər 16-20 yanvar tarixlərində yeni musson yağışlar proqnozlaşdırır. Yağışlar turistlər arasında məşhur olan Pxuket adası və Krabi əyalətində daha intensiv olacaq. Meteoroloqlar subasma barədə xəbərdarlıq ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR