Bank Of Baku

Tehranın ilk çoxmərtəbəli binasının çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB

Tehranın ilk çoxmərtəbəli binasının çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 19 yanvar 2017 11:39 (UTC +04:00)

Tehranda “Plasko” ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində əksəriyyəti yanğınsöndürən olan 50 nəfərin həlak olduğu ehtimal edilir.

 

APA-nın Tehran bürosunun məlumatına görə, dağıntılar altında yanğınsöndürənlərlə yanaşı ticarət mərkəzində çalışan insanlar da qalıb.  
 

Çökmüş binanın ətrafında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirlikləri boşaldılıb. 
 

Tehran əyalətində fövqəladə vəziyyət elan edilib, xilasetmə işlərinə ordu cəlb olunub. İtlər vasitəsi ilə dağıntılar altında qalanların axtarışı davam etdirilir.
 

Mümkün qaz partlayışlarının qarşısını almaq məqsədi ilə bölgədə qazın verilişi dayandırılıb. Xəsarət alanların sayının 70 nəfər olduğu bildirilir. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib.

 

13.00

 

Tehranın çoxmərtəbəli binada yanğın olub, nəticədə bina çöküb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, Türkiyə səfirliyinin qarşısında yerləşən “Plasko” binasında yanğın saat 08:00 radələrində başlayıb.
 

Yanğını söndürmək üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub, nəticədə yanğın söndürülüb. Lakin bir neçə dəqiqə sonra yenidən yanğın başlayıb və binanın çökməsinə səbəb olub. Yanğın zamanı 35 nəfər xəsarət alıb.
 

Qeyd edək ki, 17 mərtəbəli “Plasko” Tehranda tikilmiş ilk çoxmərtəbəli binadır. Yanğının söndürülməsinə 200 yanğınsöndürən cəlb olunub. Binanın çökməsi nəticəsində yanğınsöndürənlərdən 30 nəfərin dağıntılar altında qaldığı bildirilir. İran mətbuatı onların həlak olduğu barədə yazır. 
 

Yanan binanın ətrafında yerləşən səfirliklərin binaları boşaldılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR