Yəmənin Aden şəhərində terrorçu-kamikadzenin hərbi bazaya hücumu nəticəsində azı 50 nəfər ölüb.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, terrorçu maaş almaq üçün növbədə duran hərbçilərə yaxınlaşaraq, üzərindəki partladıcı qurğunu işə salıb.
Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.