Yaponiyanın hakim partiyası parlamentdəki boş yerlərin yarıdan çoxunu qazanıb.
Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) iyulun 10-da parlamentin yuxarı palatasına keçirilən seçkilərdə 125 yerdən 63-nü qazanıb.
APA TASS-a istinadən xəbbər verir ki, bunu prefektura seçki komissiyalarının icmal məlumatları sübut edir.
Həmçinin Komeito hakim koalisiya partiyası parlamentdə 13 yer qazanıb. Müxalifət qüvvələri arasında ən yaxşı nəticəni 17 mandat alan Konstitusiya Demokrat Partiyası göstərib.
Ondan sonra 12 yerlə Yaponiya Yeniləmə Cəmiyyəti gəlir. Qalan partiyalar isə 5-ə qədər boş yer qazanıblar.
İyulun 10-da komissiyaların yekun məlumatları göstərdi ki, LDP və Komeitonun hakim koalisiyası yuxarı palatadakı yerlərin əksəriyyətini qazanıb.