Bank Of Baku

ABŞ-da sürücü avtomobili piyadaların üstünə sürüb

ABŞ-da sürücü avtomobili piyadaların üstünə sürüb
# 17 aprel 2019 03:48 (UTC +04:00)

ABŞ-ın Filadelfiya şəhərində sürücünün avtomobillə piyadaları vurması nəticəsində altı nəfər xəsarət alıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “ABC” telekanalı məlumat yayıb.

Hadisə şəhərin şimal küçələrinin birində baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti daha kritikdir.

Sürücü sonradan saxlanılıb, onun kimliyi barədə hələlik bir məlumat verilmir. Polisin ehtimalına görə, sürücü belə bir hadisəni mübahisə zəminində törədib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR