Avropa rəsmiləri Fransa və Almaniyada keçiriləcək seçkilərdən sonra ayrı-ayrı ölkələrin Ukrayna siyasətində dəyişiklik ola biləcəyini nəzərə aldıqlarını bildirirlər.
Bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin yazdığına görə, müzakirələr Fransada “Milli Birlik” və Almaniyada “Almaniya üçün Alternativ” (AfD) kimi Ukraynaya hazırkı dəstək siyasətinin dəyişdirilməsini müdafiə edən qüvvələrin seçkilərdə mümkün nəticələri ilə bağlıdır.
Bununla yanaşı, “Reuters”in danışdığı Avropa rəsmiləri Aİ-nin ayrı-ayrı üzv dövlətlərin mövqeyində mümkün dəyişikliklərə baxmayaraq, Kiyevə dəstəyi davam etdirmək imkanına malik olduğunu bildiriblər.
Litvanın xarici işlər naziri Kestutis Budris isə qarşıdakı seçkilərin Ukraynaya gələcək yardımın perspektivləri qiymətləndirilərkən nəzərə alınan amillərdən biri olduğunu deyib.