Bank Of Baku

Aİ-nin Ukrayna mallarına tətbiq olunan rüsumların müvəqqəti ləğvi barədə qərarı qüvvəyə minib

Aİ-nin Ukrayna mallarına tətbiq olunan rüsumların müvəqqəti ləğvi barədə qərarı qüvvəyə minib
# 04 iyun 2022 15:54 (UTC +04:00)

Bu gündən Avropa İttifaqının (Aİ) Ukrayna mallarına rüsumların bir il müddətinə ləğv edilməsi ilə bağlı qərarı qüvvəyə minib.

APA UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qərara əsasən, Ukraynanın ixrac etdiyi mallara tətbiq edilən bütün antidempinq rüsumları və Ukrayna mallarına qarşı qlobal qoruyucu tədbirlərin tətbiqi bir il müddətinə dayandırılır.

Xatırladaq ki, Avropa Komissiyası aprelin 27-də Ukraynanın Avropa İttifaqına ixrac etdiyi mallara tətbiq olunan rüsumların bir il müddətinə dayandırılmasını təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR