Bank Of Baku

Aİ rəsmisi: Gürcüstanın avrointeqrasiya yolu təhlükəyə atılır

Anita Hipper

© APA | Anita Hipper

# 06 oktyabr 2025 16:35 (UTC +04:00)

“Avropa İttifaqına inteqrasiya prosesi demokratik nailiyyətlərə əsaslanır və Gürcüstan hakimiyyəti addımları ilə bu yolu təhlükə altına qoyur”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət xidmətinin mətbuat katibi Anita Hipper brifinqdə deyib.

Onun sözlərinə görə, Aİ "demokratiyanın genişmiqyaslı geriləməsi" səbəbindən Gürcüstanla siyasi əlaqələri minimuma endirib. O, buna görə də bütün dəstəyin Gürcüstanda azad media və vətəndaş cəmiyyətinə yönəldildiyini vurğulayıb.

Aİ rəsmisi Gürcüstandakı yerli seçkilərə də münasibət bildirib. Hipper "seçkilərin media, vətəndaş cəmiyyəti və müxalifətə qarşı intensiv repressiyalar fonunda keçirildiyini" vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR