Bank Of Baku

Aİ yanvar ayından Ukraynaya ayda 1,5 milyard avro verəcək

Aİ yanvar ayından Ukraynaya ayda 1,5 milyard avro verəcək
# 16 dekabr 2024 20:51 (UTC +04:00)

Avropa İttifaqı 2025-ci ilin yanvarından Ukraynaya ayda 1,5 milyard avro yardım edəcək.

APA xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 27 ittifaq ölkəsinin xarici işlər nazirlərinin ilk görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Bundan əlavə, onun sözlərinə görə, Aİ qışın sonuna qədər ümumilikdə 75 min Ukrayna əsgərinə təlim keçmək niyyətindədir.

Kallas bir daha qeyd edib ki, Ukraynaya yardım Aİ-nin prioriteti olaraq qalır və Brüssel Rusiya ilə gələcək danışıqlarda Kiyevin mövqeyinin güclü olması üçün mümkün olan hər şeyi etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR