Bank Of Baku

Almaniya İsrailə hərbi ixracla bağlı qərarını dəyişə bilər

Almaniya İsrailə hərbi ixracla bağlı qərarını dəyişə bilər
# 13 oktyabr 2025 05:02 (UTC +04:00)

“Almaniya hökuməti İsrailə bəzi hərbi ixracatın dayandırılması qərarı ilə bağlı vəziyyəti yenidən qiymətləndirəcək”.

APA xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Lars Klinqbeyl məlumat verib.

Avqustun 8-də Almaniya kansleri Fridrix Merz hökumətin Qəzza zolağında istifadə oluna biləcək hərbi texnikanın İsrailə ixracı üçün növbəti bildirişə qədər icazə verməyəcəyini açıqlayıb.

DPA xəbər agentliyinin məlumatına görə, Almaniya o vaxtdan bəri İsrailə silah ixracı üçün bir dənə də olsun icazə verməyib.

Klinqbeyl ARD televiziya kanalına verdiyi müsahibədə "Biz vəziyyəti yenidən qiymətləndirəcəyik", - deyə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR