Bank Of Baku

Antalyada meşə yanğınları 2 gündür davam edir - YENİLƏNİB

Antalyada meşə yanğınları 2 gündür davam edir - YENİLƏNİB
# 29 iyul 2026 14:24 (UTC +04:00)

Muğla Valiliyinin açıqlamasına görə, yanğın səbəbindən 43 evdən 65 nəfər təxliyə edilib.

Bu barədə APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir.

Qeyd edilib ki, təhlükəsizlik məqsədilə Seydikemer Dövlət Xəstəxanasının reanimasiya və palliativ yardım şöbələri də boşaldılıb.

***

12:27

Türkiyənin Antalya vilayətinin Kaş rayonunun Üzümlü məhəlləsində meşəlik ərazidə baş verən yanğının söndürülməsi işləri ikinci gündür davam edir.

APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, yanğına 3 təyyarə, 8 helikopter, 18 yanğınsöndürən maşın, iş texnikası və 135 nəfərlik şəxsi heyətlə müdaxilə olunur.

Ərazinin sıldırım, maili və qayalıq olması yanğınsöndürmə qruplarının işini çətinləşdirib.

Qeyd edək ki, Manisa vilayətində zeytunluq və kolluq ərazidə baş verən yanğın isə nəzarət altına alınıb. Yanğın nəticəsində 40 hektar ərazi zərər görüb. Ərazidə soyutma işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR