Bank Of Baku

CHP-dən istefa verən bələdiyyə sədrlərinin sayı 200-ü keçib

CHP-dən istefa verən bələdiyyə sədrlərinin sayı 200-ü keçib
# 29 iyul 2026 14:15 (UTC +04:00)

Türkiyənin Ordu vilayətinin Altınordu Bələdiyyəsinin sədri Ulaş Tepe və CHP-ni təmsil edən bələdiyyə məclisi üzvləri partiyadan ayrıldıqlarını açıqlayıb.

APA-nın Türkiyə bürosunun yerli KİV-ə istinadən xəbər verir ki, Ulaş Tepe bu qərarın Cümhuriyyətçi və Atatürkçü siyasi xəttlərinə təsir etməyəcəyini bildirib.

Qeyd edək ki, sabiq CHP sədri Özgür Özəl və 91 millət vəkilinin partiyadan ayrılaraq Yeni Partiyanı yaratmasından sonra istefalar davam edir. Son məlumata görə, artıq 200-dən çox bələdiyyə sədri CHP-dən ayrılaraq Yeni Partiyaya keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR