Bank Of Baku

KİV: Aİ Rusiyaya yardım göstərdiyi iddia edilən 1600-dən çox şirkətə sanksiya hazırlayır

KİV: Aİ Rusiyaya yardım göstərdiyi iddia edilən 1600-dən çox şirkətə sanksiya hazırlayır
# 29 iyul 2026 14:04 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Rusiyaya yardım göstərdiyi iddia edilən rekord sayda – 1600-dən çox şirkətə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yeni məhdudiyyətlər illik ümumi dövriyyəsi 20 milyard ABŞ dollarından çox olan və ümumilikdə 265 mindən artıq işçisi olan 1600-dən çox şirkəti əhatə edə bilər. Paket təsdiqlənərsə, Aİ-nin sanksiya siyahısına daxil edilən hüquqi şəxslərin sayı təxminən 50 faiz artacaq.

Bildirilib ki, yeni tədbirlər ayrı-ayrı sənaye sahələrini deyil, Brüsselin qiymətləndirməsinə görə, Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli olan və ya ona dəstək verən konkret şirkətləri hədəf alacaq.

Mənbələrin sözlərinə görə, sanksiyalar paketinin yaxın həftələrdə Aİ-yə üzv dövlətlərə təqdim edilməsi, oktyabr ayında isə təsdiqlənməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR