Bank Of Baku

Gürcüstanın mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub

Gürcüstanın mədəniyyət nazirinin birinci müavini, Mixeil Kiknadze

© APA | Gürcüstanın mədəniyyət nazirinin birinci müavini, Mixeil Kiknadze

# 29 iyul 2026 15:24 (UTC +04:00)

Mixeil Kiknadze Gürcüstanın mədəniyyət nazirinin birinci müavini təyin olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze əmr imzalayıb.

Əmrə əsasən, Mixeil Kiknadze müvəqqəti olaraq mədəniyyət naziri vəzifəsini icra edəcək.

Mixeil Kiknadze ixtisasca iqtisadçıdır və uzun illər ərzində dövlət qulluğunda rəhbər vəzifələrdə çalışıb. O, 2025-ci ildən Mədəniyyət Nazirliyində işləyib, mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyinatdan öncə nazirliyin Daxili audit və monitorinq departamentinin müdiri vəzifəsini tutub.

Qeyd edək ki, Gürcüstanın keçmiş mədəniyyət naziri Tinatin Ruxadze sağlamlıq durumunu əsas gətirərək ötən gün istefa verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR