ATƏT-in Parlament Assambleyasının (PA) Lüksemburqda keçirilən 48-ci sessiyasında Gürcüstanın işğal edilmiş əraziləri ilə bağlı qətnamə səsə qoyularaq qəbul edilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, 26 maddədən ibarət qətnamədə Gürcüstanın işğal edilmiş ərazilərində vəziyyət, təhlükəsizlik, insan haqları kimi məsələlərə toxunulub.
Layihədə işğal edilmiş ərazilərdə tikanlı məftillərin çəkilməsi, Abxaziya və Cənubi Osetiyada etnik diskriminasiya, işgəncə, qətllər, kobud rəftar və qanunsuz həbslərin olduğu qeyd edilib. Sənəddə işğal edilmiş ərazilərdə gürcü dili dərslərinin qadağan edilməsi qınanılıb.
Qətnamə layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, səsvermə zamanı 50 deputat qətnamə layihəsinin lehinə, 3 deputat əleyhinə səs verib.