David Maria Sassoli Avropa Parlamentinin yeni prezidenti seçilib

David Maria Sassoli Avropa Parlamentinin yeni prezidenti seçilib
# 03 iyul 2019 15:22 (UTC +04:00)

Avropa Parlamentinin yeni prezidentinin adı məlum olub.

APA-nın Avropa Parlamentinin saytına istinadən verdiyi xəbərə görə, namizədliyi Sosialistlər və Demokratların Proqressiv Alyansı siyasi qrup tərəfindən irəli sürülən David Maria Sassoli parlamentin prezidenti seçilib.

David-Maria Sassoli seçkidə iştirak edən 667 deputatdan 345-nin dəstəyini alıb.

Qeyd edək ki, 2017-ci ilin yanvarında Avropa Parlamentinin prezidenti seçilən italiyalı Antonio Tajaninin səlahiyyət müddəti bu il başa çatır.

Avropa Parlamenti prezidentinin səlahiyyət müddəti 2 il 5 aydır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR