Bank Of Baku

“Avropa üçlüyü” İrana qarşı sanksiyaları bərpa edə bilər

Fransa xarici işlər naziri Jan Noel Barro

© APA | Fransa xarici işlər naziri Jan Noel Barro

# 15 iyul 2025 13:10 (UTC +04:00)

Ən geci avqustun sonuna qədər nüvə razılaşması ilə bağlı konkret irəliləyiş əldə olunmasa, “Avropa üçlüyü” - Böyük Britaniya, Fransa, və Almaniya İrana qarşı “snapback” mexanizmini işə salacaq.

APA xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan Noel Barro jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, “snapback” mexanizmi 2015-ci ildə imzalanan nüvə razılaşmasına əsasən, İranın öz öhdəliklərinə əməl etmədiyi halda Avropa üçlüyünün (Britaniya, Almaniya və Fransa) Tehrana qarşı sanksiyalar tətbiq etməsinə imkan verən mexanizmdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR