Bank Of Baku

Borrell: "İranın nüvə proqramı ilə bağlı Fəaliyyət Planına qayıtmaq imkanı azalır"

Cozep Borrell, Hüseyn Əmir Abdullahian

© APA | Cozep Borrell, Hüseyn Əmir Abdullahian

# 04 iyun 2022 13:52 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter"də bildirib.

"Müqavilə imzalamaq və İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmaq imkanı azalır. Amma biz yenə də əlavə səylər göstərərək buna nail ola bilərik. Koordinator kimi mən həll olunmamış problemlərin həllini asanlaşdırmağa hər an hazıram", Borrell bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR