Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək üçtərəfli görüşün gündəliyi artıq formalaşıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
O, liderlərin nəyi müzakirə edəcəyinin artıq təxminən aydın olduğunu söyləyib.
Rusiya XİN başçısı vurğulayıb ki, bundan əlavə, liderlər sərbəst fikir mübadiləsi aparmaq imkanına malik olacaqlar.