Bank Of Baku

Britaniyalı nazirlər Boris Consonu dəstəklədiklərini bildiriblər

Britaniyalı nazirlər Boris Consonu dəstəklədiklərini bildiriblər
# 06 iyun 2022 12:18 (UTC +04:00)

Boris Conson buraxdığı səhvlərə görə üzr istəyib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Tras özünün “Tvitter” səhifəsində deyib. O, bu gün Boris Consonla bağlı keçiriləcək etimad səsverməsi ilə bağlı fikirlərini bölüşüb.

“Baş nazirə bugünkü səsvermədə mənim 100% dəstəyim var və mən həmkarlarımı onu dəstəkləməyə təşviq edirəm”, - deyə Liz Tras bildirib.

O xatırladıb ki, Baş nazir COVID-19-la mübarizədə xeyli işlər görüb və Rusiya- Ukrayna münaqişəsində Ukraynaya dəstək verib:

“Baş nazir buraxdığı səhvlərə görə üzr istəyib. İndi biz iqtisadi artıma diqqət yetirməliyik”,- deyə Liz Tras qeyd edib.

Müdafiə naziri, millət vəkili Ben Uolles də Baş nazir Boris Consona etimadını ifadə edib. Nazir bu barədə "Twitter"də bildirib. "2019-cu ildə Boris Conson 80 səs çoxluğu ilə qalib gəlib. O, əvvəllər heç vaxt qazana bilmədiyimiz yerlərdə qələbələr qazanıb. COVID-19-la mübarizədə, Ukraynada baş verənlərə dünyanın aparıcı cavabını verməyə yardım edib. Mənim ona etimadım tamdır" nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR