Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Çex Respublikasına səfər edəcək.
APA xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Çavuşoğlu Çexiya XİN başçısı Jan Lipavskinin dəvəti ilə iyunun 10-11-də bu ölkədə səfərdə olacaq.
Keçiriləcək görüşlərdə Çexiya-Türkiyə arasında qarşılıqlı münasibətlər, Türkiyənin Aİ-yə namizədliyi, regional və qlobal məsələlər müzakirə olunacaq.
Türkiyə XİN başçısı 4-cü Avropa-Asiya Forumunda da iştirak edəcək.