Fransa prezidenti Emmanuel Makron ABŞ prezidentini İrana qarşı sanksiyaların bəzilərinin ləğvinə inandırmağa çalışacaq.
APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti jurnalistlərə açıqlamasında deyib.
“Prezident Trampı danışıqlar prosesini yenidən başlamağa və müzakirələrə şans vermək üçün bəzi sanksiyaları ləğv etməyə inandırmaq istəyirəm”,-deyə o bildirib.
Qeyd edək ki, Emmanuel Makron bu həftəsonu G20 samiti çərçivəsində ABŞ-dan həmkarı ilə görüşəcək.