Türkiyə Qafqazdan Afrikaya, Qara dənizdən Aralıq dənizinə qədər, hər yerdə sülh, stabillik və təhlükəsizlik üçün kimsənin inkar edə bilməyəcəyi səylər göstərir.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq təlimləri çərçivəsində çıxışı zaman deyib.
O qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri həm terrorla mübarizədə, həm də ikitərəfli anlaşmalar, həmçinin, NATO çərçivəsində ölkə daxilində və xaricində qarşısına qoyulan bütün tapşırıqları uğurla həyata keçirir.