Finlandiya Baş naziri: Rusiya qeyri-qanuni miqrantları silah kimi istifadə edir

Finlandiya Baş naziri: Rusiya qeyri-qanuni miqrantları silah kimi istifadə edir
# 19 aprel 2024 11:49 (UTC +04:00)

"Rusiya qeyri-qanuni miqrasiyanı bizim sərhədimizə və Aİ-nin sərhədinə qarşı alət kimi istifadə edir".

APA xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə birgə Finlandiyanın Rusiya ilə sərhəd bölgəsi Lappeenrantada mətbuata açıqalmasında deyib.

Baş nazir Orponun sözlərinə görə, Rusiya qeyri-qanuni miqrantları Finlandiyaya qarşı silah kimi istifadə edir.

"Belə bir çətinliklə üzləşdiyimiz zamanda biz ortaq həll yolu tapmalıyıq. Biz bu məsələ ilə bağlı öz qanunvericiliyimiz üzərində işləyirik, amma bizim Aİ- səviyyəsində tədbirlərə ehtiyacımız var. Finlandiyanın şərqi Rusiyanın əməllərinə və davranışa görə əziyyət çəkib. Biz təhlükəsizlik məsələsinə görə sərhədimizi bağlamışıq. Şərq regionumuz Rusiyaya görə əziyyət çəkir burada investisiya azlığı var. Bizim Aİ-nin dəstəyinə ehtiyacımız var. Hesab edirəm ki, Aİ bu regionun dəstəklənməsi üçün mexanizm hazırlamalıdır", Finlandiya Baş naziri deyib.

Finlandiyanın Baş naziri Petteri Orpo Ukraynaya dərhal və daha çox silah göndərməli olduqlarını deyib.

"Döyüş meydanın vəziyyət çox çətindir. Ukraynanın daha çox sursata, hava məkanını qorumaq üçün silahlara ehtiyacı var. Biz indi addımlar atmalıyıq, bütün Aİ üzvləri indi hərəkətə keçməlidir", - Baş nazir vurğulayıb.

Hökumət başçısı deyib ki, Finlandiya Ukraynaya yardım istiqamətində fəal işləyir, o, ötən həftə Ukrayna üçün ölkəsinin 24-cü hərbi yardım paketini təsdiqlədiyini xatırladıb. Baş nazir deyib ki, Finlandiya indiyə qədər 2 milyard avro yardım edib.

"Bütün üzvlər daha çox yardım etməlidir. İkini əsas məsələ, biz hərbi sənayemizə daha çox sərmayə qoymalı , onu gücləndirməliyik. Rusiya təhdidinə qarşı öz imkanlarımızı yaratmalıyıq", Baş nazir Petteri Orpo vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR