Bank Of Baku

Fransa parlamentinin buraxılması təxirə düşüb

Fransa parlamentinin buraxılması təxirə düşüb
# 08 oktyabr 2025 12:21 (UTC +04:00)

Fransa parlamentinin buraxılması ehtimalı azalıb.

APA xəbər verir ki, bunu Fransa Baş nazirinin vəzifəsini müvəqqəti icra edən Sebastyen Lekornu bu gün bəyan edib.

O, müxtəlif siyasi partiyalarla apardığı müzakirələrdən sonra, 2025-ci ilin sonuna qədər milli büdcənin qəbul olunması üçün ümumi iradənin mövcud olduğunu qeyd edib.

“The Guardian”ın yazdığına görə Lekornun bu açıqlaması, Fransa siyasətindəki gərginliyi azaltmağa yönələn bir addım kimi qiymətləndirilir. Bununla belə, siyasi müxalifət hələ də parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb edir.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Macron 2027-ci ilə qədər istefa verməyi planlaşdırmadığını bildirmişdi, lakin Lekornunun səyləri uğursuz olarsa, parlamentin yenidən buraxıla biləcəyi qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR