Fransa Prezidenti Emmanuel Makron və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.
Bildirilib ki, tərəflər Ukraynadakı vəziyyəti və müharibənin səbəb olduğu dünya miqyasında ərzaq böhranını müzakirə ediblər.
“Hər iki dövlət başçısı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı öhdəliklərini bir daha bəyan ediblər”, - Yelisey Sarayının məlumatında qeyd olunub.