Bank Of Baku

Fransa XİN rəhbəri: Avropa energetika məsələlərində hələ də asılı vəziyyətdədir

Fransa XİN rəhbəri: Avropa energetika məsələlərində hələ də asılı vəziyyətdədir
# 02 fevral 2026 00:38 (UTC +04:00)

Avropa energetika, təhlükəsizlik və digər əsas sahələrdə hələ də digər qlobal oyunçulardan həddən artıq asılı vəziyyətdə qalır.

APA xəbər verir ki, bu fikri Fransanın xarici işlər naziri Jan-Noel Barro "Liberation" qəzetinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, COVID-19 pandemiyasından sonra Ukraynadakı münaqişə Avropanın enerji, ərzaq və tibbi sahələrdə asılılığının miqyasını açıq şəkildə göstərib.

Onun fikrincə, Qrenlandiya ətrafında yaranmış vəziyyət də buna təsir edib.

Barro hesab edir ki, Avropa ölkələri öz təhlükəsizliklərini müstəqil şəkildə təmin etmək üçün yenidən silahlanmanı və müdafiə imkanlarının gücləndirilməsini davam etdirməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR