Paşha Bank
Bank Of Baku

Fransa yeni ballistik raketi sınaqdan keçirib

Fransa yeni ballistik raketi sınaqdan keçirib
# 06 oktyabr 2026 14:23 (UTC +04:00)

Fransa ordusu M51.3 strateji ballistik raketinin nüvə sualtı qayığından uğurlu sınaq buraxılışını həyata keçirib.

APA xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin Baş Silahlanma İdarəsi məlumat yayıb.

Bildirilib ki, sınaq oktyabrın 6-da “Le Vigilant” strateji nüvə sualtı qayığından, Finister sahillərindən açıq dənizdə həyata keçirilib.

Məlumata görə, raket nüvə döyüş başlığı olmadan buraxılıb. Sınaq çərçivəsində M51.3 raketinin sualtı qayığın uzunmüddətli texniki xidmətdən sonra istifadəyə hazırlığı yoxlanılıb.

Nazirliyin məlumatına görə, sınaq Fransanın beynəlxalq öhdəliklərinə tam uyğun şəkildə həyata keçirilib. M51.3 raketi 2025-ci ilin oktyabrında Fransa ordusunun operativ arsenalına daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR