Bank Of Baku

Fransada xilasetmə gəmisi çevrilib, 3 nəfər ölüb

Fransada xilasetmə gəmisi çevrilib, 3 nəfər ölüb
# 08 iyun 2019 07:02 (UTC +04:00)

Fransa sahillərində qasırğa zamanı katerin çevrilməsi nəticəsində xilasetmə komandasının üç üzvü ölüb.

APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, Fransa xilasetmə xidmətinin əməkdaşlarının olduğu kater dənizdə köməksiz vəziyyətdə qalan balıqçıların köməyinə gedirmiş.

Sahildən 800 metr aralıqda baş vermiş hadisə nəticəsində 7 nəfər suya düşüb, onlardan dördü xilas ola bilib. Digər 3 nəfərin axtarışlarına helikopterlər və təxminən 70 xilasedici cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR