Bank Of Baku

Gürcüstanın keçmiş təhsil naziri Rusiyada diplomatik nümayəndə təyin edilib

Gürcüstanın sabiq təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze

© APA | Gürcüstanın sabiq təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze

# 27 yanvar 2026 13:48 (UTC +04:00)

Aleksandre Tsuladze İsveçrənin Rusiyadakı səfirliyi nəzdindəki Gürcüstanın maraqları bölməsinin rəhbəri təyin olunub.

APA-nın yerli bürosu xəbər verir ki, o, bu vəzifədə Mamuka Merkviladzeni əvəzləyib.

Gürcüstanın Xarici İşlər Nazirliyi Aleksandre Tsuladzenin Rusiyaya diplomatik nümayəndə təyin edilməsini təsdiqləyib.

Qeyd edək ki, Aleksandre Tsuladze 2024-2025-ci illərdə Gürcüstanın təhsil, elm və gənclər naziri vəzifəsini tutub.

Xatırladaq ki, Gürcüstan və Rusiya arasında diplomatik əlaqələr 2008-ci il müharibəsindən sonra dayandırılıb. Hər iki ölkənin maraqlarını Tbilisi və Moskvada İsveçrə səfirliklərindəki bölmələr təmsil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR