Bank Of Baku

Gürcüstanın sabiq Baş naziri Qaxariya hücuma məruz qalıb - VİDEO

Giorgi Qaxariya

© APA | Giorgi Qaxariya

# 17 fevral 2025 13:09 (UTC +04:00)

Gürcüstanın sabiq Baş naziri, müxalif “Gürcüstan Naminə” partiyasının lideri Giorgi Qaxariya hava limanında hücuma məruz qalıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Tbilisi limanında Qaxariyaya bir neçə yumurta atan şəxs onu alçaldıcı ifadələrlə təhqir edib.

İnsidentin görüntüləri sosial şəbəkədə yayılıb.

“Gürcüstan Naminə” partiyası bəyanatında insidentin Qaxariya Münhen Təhlükəsizlik Konfransından qayıdarkən baş verdiyini bildirib. Partiya insidentin hakim partiya tərəfindən təşkil edildiyini bəyan edib və polisi fəaliyyətsizlikdə günahlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR