İsveçrə Rusiyanın 318 milyon dollarlıq aktivlərini blokdan çıxarıb

İsveçrə Rusiyanın 318 milyon dollarlıq aktivlərini blokdan çıxarıb
# 23 aprel 2024 12:54 (UTC +04:00)

İsveçrə Rusiyaya məxsus ümumilikdə 318 milyon dollarlıq aktivlərin dondurulması ilə bağlı qərarını ləğv edib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu qərar analoji sanksiya üçün hüquqi əsasın müəyyən edilməməsi ilə izah olunub.

Sənəddə həmçinin, bəzi şəxslərin adının sanksiya siyahısından çıxarıldığı, bununla dondurulan aktivlərin ümumi məbləğinin 165 milyon dollaradək azaldığı göstərilib.

Qeyd edək ki, bir qədər əvvəl İsveçrə Xalq Partiyası ölkənin Rusiyaya məhdudiyyətlərin tətbiqində iştirak edən “REPO” (Russian Elites, Proxies and Oligarchs) qrupunun tərkibindən çıxarılmasını tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR