Bank Of Baku

İsveçrədə Telman İsmayılova qarşı cinayət işi başlanıb

İsveçrədə Telman İsmayılova qarşı cinayət işi başlanıb
# 17 aprel 2019 10:59 (UTC +04:00)

Moskvadakı Çerkizov bazarının Azərbaycan əsilli keçmiş sahibi Telman İsmayılova qarşı İsveçrədə cinayət işi başlanıb.

ONA-nın “Kommersant”a istinadən xəbərinə görə, o, üç iqtisadi cinayət törətməkdə şübhəli bilinir.

Sürix prokurorluğu T.İsmayılovu borclunun əmlakına həbs qoymaqla dələduzluqda, kreditorlara zərər vurmaqla aktivlərin ixtisarı və aktivlərin çıxarılmasında təqsirləndirir. Əgər günahı sübuta yetirilərsə, iş adamını 3 ildən 5 ilədək həbs cəzası gözləyir.

İsveçrənin hüquq-mühafizə orqanalrına iddia ərizəsi ilə Rusiyanın “BM-Bank”ı və “VTB Bank” müraciət edib.

Qeyd edək ki, Telman və Vaqif İsmayılov qardaşları Rusiya tərəfindən beynəlxalq axtarışa verilib. Onlar qətldə və qanunsuz silah dövriyyəsində ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR