İtaliyada helikopter itib.
APA Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, İtaliyanın Luka şəhərindən havaya qalxan helikopter Moderna yaxınlığında radardan itib.
Helikopterin göyərtəsində 7 nəfərin, o cümlədən 4 Türkiyə vətəndaşının olduğu bildirilib.
Onların axtarışı aparılır.