Bank Of Baku

Kallas Rusiyanın “kölgə donanması”na məxsus gəminin saxlanıldığını bildirib

Kallas Rusiyanın “kölgə donanması”na məxsus gəminin saxlanıldığını bildirib
# 31 avqust 2026 15:31 (UTC +04:00)

Rusiyaya məxsus neft tankeri ötən gün "EUNAVFOR Med" əməliyyatı çərçivəsində saxlanılıb.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında bildirib.

Onun sözlərinə görə, “MV SUN” adlı neft tankeri saxta bayraq altında üzüb və buna görə də Avropa İttifaqının Aralıq dənizində fəaliyyət göstərən missiyası - “EUNAVFOR MED IRINI” tərəfindən saxlanılıb.

“Bu, son aylarda Rusiyanın “kölgə donanması”na məxsus 6-cı gəmidir ki, Aİ əməliyyatları çərçivəsində saxlanılır”, - Kallas qeyd edib.

Aİ rəsmisi bildirib ki, “kölgə donanması”na qarşı atılacaq addımlar sabah Aİ ölkələrinin müdafiə nazirlərinin İrlandiyadakı iclasında müzakirə olunacaq.

O, saxlanılan tankerin aqibəti ilə bağlı məlumat verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR