Şimali Kipr Türk Cümhuriyyətinin Girnə sahillərində baş verən gəmi faciəsi ilə bağlı aparılan istintaq çərçivəsində məhkəməyə çıxarılan 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, istintaq çərçivəsində 100-dən çox şəxsin ifadəsi alınıb.
Kapitan və heyət üzvləri məhkəmədə verdikləri ifadədə dalğalar nəticəsində gəminin ön hissəsinin qopduğunu və bunun ardınca gəminin çevrildiyini bildiriblər.
Qeyd edək ki, avqustun 30-da Şimali Kipr Türk Respublikasının Girnə sahillərində 267 nəfərin olduğu bərənin çevrilməsi nəticəsində 241 nəfər xilas edilib, 8 nəfər həlak olub. 18 nəfərin axtarış-xilasetmə işləri isə davam edir.