Bank Of Baku

Kavelaşvili: Gürcüstan regional sülh prosesinə xarici aktorların qoşulmasını alqışlayır

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili

© APA | Gürcüstan Prezidenti Mixeil Kavelaşvili

# 12 fevral 2026 14:15 (UTC +04:00)

Gürcüstan hökumətinin seçdiyi sülh, sabitlik və iqtisadi tərəqqi vektoru dəyişməz olaraq qalır. Bunu Gürcüstanın Cənubi Qafqazda ənənəvi sülhməramlı siyasəti sübut edir. Buna görə də biz bu prosesə xarici aktorların qoşulmasını yalnız alqışlayırıq.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə rəsmi səfərdə olan xorvatiyalı həmkarı Zoran Milanoviçlə keçirdiyi birgə birifinqdə deyib.

O qeyd edib ki, yeni geosiyasi reallıq Orta Dəhlizin önəmini əhəmiyyətli dərəcədə artırıb.

"Gürcüstan Orta Dəhlizin inkişafı, təhlükəsizliyi və səmərəli fəaliyyəti üçün mümkün olan bütün addımları atır", - Kavelaşvili əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR