Bank Of Baku

Londonda 7 mərtəbəli yaşayış binası yanır

Londonda 7 mərtəbəli yaşayış binası yanır
# 09 iyun 2019 20:40 (UTC +04:00)

Londonun şərqindəki Barkinq rayonunda yeddimərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerinə yüzdən çox yanğınsöndürən cəlb olunub.

APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin yanğın-xilasetmə xidmətinin internet səhifəsində məlumat yer alıb.

“15 yanğınsöndürən maşın və 100-dən çox yanğındanmühafizə xidmətinin əməkdaşı Barkinqdə, De Pass Qardens küçəsindəki yanğının söndürülməsinə göndərilib”, - məlumatda belə deyilir.

Bildirilir ki, hazırda yanğın binanın bütün 7 mərtəbəsini bürüyüb. Yanğının səbəbləri hələ ki məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR