Bank Of Baku

Macarıstanda sabiq XİN başçısı Peter Siyartonun dövlətə xəyanət iddiaları üzrə araşdırma aparılır

Macarıstanın sabiq xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto

© APA | Macarıstanın sabiq xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto

# 16 iyul 2026 22:52 (UTC +04:00)

Macarıstanda sabiq xarici işlər naziri Peter Siyartonun Rusiya ilə əlaqələri fonunda mümkün dövlətə xəyanət iddiaları üzrə rəsmi araşdırma aparılır.

"Bloomberg" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Magyar bildirib.

Madyar mətbuat konfransında hüquq-mühafizə orqanlarının Siyartonun Moskva ilə əlaqələrini araşdırdığını təsdiqləyib, lakin istintaqın gedişi ilə bağlı əlavə məlumat verməyib.

Məlumata görə, araşdırma telefon danışıqlarının sızdırılmasından sonra başlanıb. İddia olunur ki, həmin yazılarda Peter Siyarto Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Avropa İttifaqının daxili müzakirələri barədə məlumatlandırıb, həmçinin Aİ sanksiyalarının yumşaldılması ilə bağlı Moskvaya dəstək təklif edib.

Peter Siyarto isə ittihamları rədd edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR