Bank Of Baku

Pakistanda 39 nəfər güclü yağışların qurbanı olub

Pakistanda 39 nəfər güclü yağışların qurbanı olub
# 17 aprel 2019 10:58 (UTC +04:00)

Pakistanın Pəncab, Bəlucistan, Haybər-Paxtunxva əyalətlərində baş verən güclü yağışlar nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, 135 nəfər xəsarət alıb. 

ONA-nın xəbərinə görə, bu barədə Pakistanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.

Güclü yağışlar nəticəsində 80-ə yaxın evə ziyan dəyib. Feysəlabad şəhərində enerji təminatı dayandırılıb. 

Bildirilir ki, güclü külək nəticəsində ağaclar və bəzi rayonlarda elektrik dirəkləri aşıb. Yollarda hərəkətin bərpası üçün küçələrdə təmizləmə işləri davam etdirilir.  

Meteoroloqların məlumatına görə, ən çox yağış Pakistanın paytaxtı İslamabada yağıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR