Rusiya Avropa Şurasının büdcəsinə 2019-cu il üçün ianə ödənişini edib

Rusiya Avropa Şurasının büdcəsinə 2019-cu il üçün ianə ödənişini edib
# 02 iyul 2019 19:19 (UTC +04:00)

Rusiya Avropa Şurasının büdcəsinə 2019-cu il üçün ianə ödənişini edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə bu barədə Avropa Şurasının baş katibinin sözçüsü Daniel Holtgen bildirib.

Holtgen deyib ki ianənin məbləği 33 milyon avro təşkil edir.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin AŞPA-da səlahiyyətlərinin dayandırılması ilə əlaqədar olaraq bu ölkə 2017-ci ilin iyunundan etibarən Avropa Şurasının büdcəsinə ödəniş etməyi dayandırıb.

Xatırladaq ki, ötən həftə keçirilən Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Rusiyanın nümayəndə heyətinin qurum daxilində səlahiyyətləri tam bərpa olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR