Bank Of Baku

Rusiya ordusunun Xersona atdığı mərmi avtobusa dəyib, ölən və yaralılar var

Rusiya ordusunun Xersona atdığı mərmi avtobusa dəyib, ölən və yaralılar var
# 30 yanvar 2026 16:36 (UTC +04:00)

Bu gün Rusiya ordusu Xerson şəhərini atəşə tutarkən mərmilərdən biri sərnişin avtobusuna dəyib.

APA xəbər verir ki, bu barədə “Unian” Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinə istinadən məlumat yayıb.

Hadisə nəticəsində bir sərnişin ölüb, 5 nəfər isə yaralanıb.

Məlumata görə, xəstəxanaya yerləşdirilən bütün yaralılar qəlpə yarası alıb. Həkimlər yaralılara təcili yardım göstərib.

Prokudinin sözlərinə görə, son sutkada Rusiya ordusunun zərbələri nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR