Bank Of Baku

Siyarto Aİ-nin Ukraynaya 6 milyard avro hərbi yardım ayırmaq niyyətində olduğunu açıqlayıb

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto

© APA | Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto

# 16 dekabr 2024 13:14 (UTC +04:00)

Aİ liderləri Ukraynaya silah tədarükü üçün 6 milyard avro ayırmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto sosial şəbəkə hesabında paylaşım edib.

“Gündəliyə daxil edilmiş təkliflərə əsasən, əksəriyyət hələ də yeni reallığı görmür. Aİ liderləri Milad atəşkəsi haqqında düşünmək əvəzinə Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan 6 milyard avro ayırmağı düşünməyi planlaşdırırlar.
Bizə yeni silahlar yox, Ukraynada atəşkəs lazımdır!", - nazir qeyd edib.

Siyarto Brüsseldəki görüşdə Gürcüstanın bir sıra dövlət məmurlarına qarşı sanksiyaların tətbiqi məsələsinə baxılmasına da münasibət bildirib: “Gürcüstanın məmurlarını sanksiya siyahısına salmaq istəyirlər, çünki Gürcüstan xalqı özü üçün suveren hökumət seçməyə cəsarət edib”.

Qeyd edək ki, bu gün Aİ nazirlərinin Brüsseldə keçiriləcək görüşündə Gürcüstandakı son vəziyyət, Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla regional məsələlər müzakirə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR