Şolts Konqresin Ukraynaya yardım göstərmək qərarını dəstəkləyib

Olaf Şolts

© APA | Olaf Şolts

# 21 aprel 2024 16:43 (UTC +04:00)

Almaniya kansleri Olaf Şolts Konqres Nümayəndələr Palatasının Kiyevə çoxmilyardlı yardım göstərmək qərarını “güclü siqnal” adlandırıb.

APA xəbər verir ki, bu barədə o, X-də (keçmiş Twitter) yazıb.

"ABŞ Nümayəndələr Palatasının Ukraynanı dəstəkləmək qərarı indiki zamanda güclü siqnaldır", - Almaniya hökumətinin başçısı deyir. "Biz birlikdə ukraynalıların tərəfindəyik", Şolts yazıb.

Qeyd edək ki, dünən Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollar məbləğində hərbi yardım göstərilməsi haqqında qanun layihəsini qəbul edib, bu vəsaitlər əsasən Amerika hərbi sənaye kompleksindən yeni silah sifarişləri üçün istifadə olunacaq. Bu pul həm də Kiyev üçün sursat və hava hücumundan müdafiə sistemlərinin alınmasına sərf olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR