Bank Of Baku

Tbilisidə parlament binası önündə keçirilən etiraz aksiyası başa çatıb - VİDEO - YENİLƏNİB

Tbilisidə parlament binası önündə keçirilən etiraz aksiyası başa çatıb - VİDEO  - YENİLƏNİB
# 15 dekabr 2024 01:00 (UTC +04:00)

Paytaxt Tbilisinin Rustaveli prospektində keçirilən etiraz aksiyası başa çatıb.

APA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, təmizlik xidmətinin əməkdaşları ərazinin təmizlənməsinə başlayıb və bundan sonra nəqliyyatın hərəkəti bərpa olunacaq.

Qeyd edək ki, Rustaveli prospektində etiraz aksiyası bu gün yerli vaxtla səhər saat 07:00-dan davam edir.

Mitinq iştirakçıları seçki kollegiyası tərəfindən Mixail Kavelaşvilinin prezident seçilməsinə, habelə hökumətin Avropa İttifaqı ilə danışıqların 2028-ci ilə qədər gündəmdə olmayacağına dair bəyanatına etiraz ediblər.

***

19:40

Tbilisidə parlament binası qarşısında müxalifətin etiraz aksiyası keçirilir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Rustaveli prospektində keçirilən mitinq iştirakçılarına Gürcüstan prezidenti Salome Zurabişvili də qoşulub.

Aksiya səbəbilə Rustaveli prospektində şəhərin əsas yolkasının işıqlandırılması tədbiri təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR