Bank Of Baku

Türkiyə XİN rəhbəri: Ərdoğan, Tramp, Putin və Zelenski görüşə bilər

Türkiyə XİN rəhbəri: Ərdoğan, Tramp, Putin və Zelenski görüşə bilər
# 30 may 2025 13:16 (UTC +04:00)

İstanbulda aparılan danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşlə yekunlaşa bilər.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andriy Sibiha ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə İstanbul danışıqlarını yeni başlanğıc kimi qiymətləndirir: “Biz sübut etdik ki, danışıqlar real nəticələr verə bilər. İstanbulda qazanılan sürətin davam etməsini istəyirik. Biz Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tam dəstəkləyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR