Bank Of Baku

Türkiyədə bayram tətilində baş verən yol qəzalarında 62 nəfər ölüb

Türkiyədə bayram tətilində baş verən yol qəzalarında 62 nəfər ölüb
# 07 iyun 2019 10:48 (UTC +04:00)

Türkiyədə Ramazan bayramı tətilində baş verən yol qəzalarında indiyədək 62 nəfər ölüb, 473 nəfər yaralanıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, 9 günlük tətilin ilk günündə Türkiyənin müxtəlif bölgələrində 7 yol qəzasında 10 nəfər dünyasını dəyişib. Ən çox qəza isə bayramdan bir gün öncə olub və ümumilikdə 38 nəfər həyatını itirib.

Qeyd edək ki, qəzalar daha çox İstanbuldan bölgələrə yola çıxanların istifadə etdikləri avtomobil yollarında baş verib. Dünən gecə evlərinə dönən vətəndaşların çoxu avtomobillərin sıxlığından yollarda gecələməli olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR