Türkiyədə deputat vəfat edib

Türkiyədə deputat vəfat edib
# 07 iyun 2019 11:06 (UTC +04:00)

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) Dənizlidən olan deputatı Kazım Arslan vəfat edib.

APA-nın Türkiyə bürosunun verdiyi məlumata görə, 65 yaşlı millət vəkili bayram tətili üçün ailəsilə birgə Antalya vilayətinin Aksu rayonundakı evində olub. Gecə saatlarında onun halı qəfil pisləşib və ölüb.

K. Arslan bu gün dəfn olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR