Bank Of Baku

Ukraynanın müdafiə naziri Brüsseldə Pentaqon rəhbəri ilə görüşüb

Brüsseldə Ukraynanın müdafiə naziri Rustem Umerov - ABŞ-nin müdafiə naziri Pit Heqset

© APA | Brüsseldə Ukraynanın müdafiə naziri Rustem Umerov - ABŞ-nin müdafiə naziri Pit Heqset

# 12 fevral 2025 14:48 (UTC +04:00)

Brüsseldə Ukraynanın müdafiə naziri Rustem Umerov ilə ABŞ-dan olan həmkarı Pit Heqset arasında görüş olub.

APA xəbər verir ki, bu barədə Ukraynalı nazir “Facebook” hesabında yazıb.

“ABŞ-nin yeni müdafiə naziri Pit Heqset ilə aramızda ilk görüş baş tutdu” – o qeyd edib.

Bununla belə R. Umerov danışıqların detallarını açıqlamayıb.

Qeyd edək ki, bu gün Brüsseldə Böyük Britaniyanın müdafiə naziri Con Hilinin sədrliyi ilə “Ramştayn” formatında növbəti görüş keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR